Müğənni Teylor Svift sevgilisi, britaniyalı aktyor Co Elvin ilə nişanlanıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük münasibətlərini rəsmiləşdirdiklərini hələlik gizli saxlayır. Buna səbəb Conun şəxsi həyatını mediada işıqlandırmaq istəməməsidir.
Qeyd edək ki, Teylor və Co 5 ildən çoxdur ki, birlikdədir.