Tədbirlərin birində fotokameramızın qarşısına keçən müğənni Sevinc Musayevanın libası diqqət çəkib.
Axşam.az-ın məlumatına görə, hər zaman libaslarını özəl tikdirən sənətçi geyim tərzindən bəhs edib. Açıq-saçıqlığı çox sevməyən Sevinc paltarın qiymətinə önəm vermədiyini deyib. Sənətçi üçün əsas amil geyimin ona yaraşmağıdır.
S.Musayeva həmin günkü imicinə nə qədər xərc çəkdiyini də açıqlayıb:

Paltar – modelyerim tikib, “Christian Dior”un yeni dəfiləsindən götürülüb: 200 AZN
Ayaqqabı – “Seniyorina” 100 AZN
Sırğa – “İtal Silver” 25 AZN
Üzük – “İtal Silver” 50 AZN
Qolbaq – “İtal Silver” 50 AZN
Makiyaj – 30 AZN
Saç – 30 AZN
Klaç- 30 AZN
Sevinc bir günlük geyim və aksessuarlarına ümumilikdə 515 Azn xərcləyib.
Foto: Rəşad ABBASOV