Rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşının qadağasından danışıb.
Sənətçi Axşam.az-ın əməkdaşı ilə söhbətində övladının fotosunu sosial şəbəkədə paylaşmağın ona problem yaratdığını etiraf edib:
“Uşağımın şəklini qoyurdum, sonra əsəbləşirdim. Yoldaşım şəkli silməyi tapşırdı. Dözmədim, üç gündən sonra yenə fotolar paylaşdım. Bu dəfə qəti qadağan etdi. Görüm, nə vaxta kimi dözəcəm. Hətta qızım Aydanın da şəkillərini sosial şəbəkədə paylaşmıram. Həmin dəqiqə başlayırlar, "qızınızı da reklam edirsiniz" deyə şərhlər yazmağa. Mən qızımı həmişə efirdən uzaq tutmuşam. O da gənc qızdır, tələbədir, hərdən şəkil paylaşmaq istəyir. Bunu niyə belə yozurlar?”.
“İyunda- uşaq bayramında tələbələrim hesabat konserti verəcəklər, bu müddət ərzində öyrəndiklərini göstərəcəklər. Konsert Uşaq Filarmoniyasında olacaq”.