"Sen çal kapımı" serialında birgə rol aldıqdan sonra eşq yaşamağa başlayan aktrisa Hande Erçellə aktyor Kerem Bürsin ayrılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir münasibətlərini sonlandırdıqları iddia edilən cütlük sosial şəbəkədə birgə fotolarını silərək yayılan xəbərləri təsdiqləyib.
Aktyorlar ancaq serialla bağlı etdikləri paylaşımları səhifələrində saxlayıblar.