“İctimai” telekanalda yayımlanan “Yeni sədalar” verilişinin bu günki buraxılışı da maraqlı anlarla yadda qalıb.
Axşam.az-ın məlumatına görə, verilişin qonaqları arasında müğənni İlahə İbadova yer alıb. Sənətçi həm mahnılarını oxuyub, həm də yaradıcılığındakı yeniliklərdən danışıb. O, caz ifa etmək istədiyini bildirib.
Kamran Quliyevin təqdimatı ilə efirə çıxan verilişdə tamaşaçılar “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsut və Elşənin ifasında canlı musiqi də dinləyiblər.
Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.