Bir zamanlar rol aldığı seriallarla məşhurlaşan, lakin daha sonra keçirdiyi psixoloji problemlər səbəbindən ekrandan uzaqlaşan aktyor Arda Kuralın yeni imici təəccübləndirib.
Axşam.az xəbər verir ki, karyerası bitdikdən sonra kökələn və tanınmaz halda olan aktyor yeni fotolarını instaqram hesabında paylaşıb. İzləyicilər Ardada müsbət istiqamətdə baş verən dəyişikliyi bəyənib və əfsanənin geri döndüyünü bildiriblər.
Aktyorun ünvanına "Nə gözəl, qısa müddətdə özünü toparlaya bilib", "Rəis yavaş-yavaş geri dönür", "Səni yaxşı görəndə hər şeyin daha gözəl olduğunu hiss edirəm", "Səni belə görmək çox gözəldir" kimi şərhlər gəlib.
İzləyicilər arasında şəklin köhnə olduğunu yazanlar da olub.
