Rusiyanın Əməkdar artisti Olqa Kabo Bakıya gəlib.
Axşam.az xəbər verir ki, aktrisa Heydər Əliyev Sarayının səhnəsində nümayiş olunan “Ustad və marqarita” tamaşasında Marqarita rolunu ifa etmək üçün səhnəyə çıxıb.
Olqa qastrol səfərində olarkən şəhəri də gəzib və təəssüratlarını instaqram hesabında paylaşıb. O, insanların çox qonaqpərvər olduğunu vurğulayıb:
“Küçələrdə yoldan keçənlər gülümsəyir və mənimlə şəkil çəkdirmək istəyir, xoş sözlər, təriflər söyləyirdi. Tamaşadan əvvəl şəhəri piyada gəzdim və yerli mətbəxin ləzzətindən həzz aldım”.
O.Kabo Bakını təzadlar şəhəri adlandırıb:
“Burada qədim və müasir, adət-ənənələr və yenilik, Şərqlə Qərb harmoniya təşkil edir”.