Ed Şiran, Cessi C., Skepta kimi ifaçıları keşf edən britaniyalı musiqi prodüseri, yutuber Camal Edvards vəfat edib.
Axşam.az xəbər verir ki, Camal ötən gün evində ölü halda tapılıb. O, 31 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Camal bir çox tanınmış simanın karyerasına başlamaqda yardımçı olan "SBTV" onlayn platformasının sahibi idi.