Müğənnilər Elton Hüseynəliyev və Sevda Yahyayeva bu gün mətbuat konfransı keçirib.
Axşam.az-ın məlumatına görə, sənətçilər mayın 26-da Heydər Əliyev Sarayında verməyə hazırlaşdıqları xeyriyyə konsertindən bəhs ediblər. Məşhurlar, “Ömür yarıda qalmasın” şüarı ilə keçiriləcək tədbirdən əldə olunan gəliri skalioz xəstəliyindən əziyyət çəkən Nübar və Leyla Rəsulovaların müalicəsinə sərf edəcəklər. S.Yahyayeva da, E.Hüseynəliyev də özləri üçün heç bir xeyir güdmədiklərini bildiriblər.
Qeyd edək ki, konsertin təşkilatçısı prodüser Tarix Əliyev və “Məlahətli ana” ictimai birliyidir.