Gökçe evlilik təklifindən danışdı: "Naz elədim"

Gökçe evlilik təklifindən danışdı: "Naz elədim"
1020 dəfə oxunub
  • A-
  • A
  • A+

"Evlilik hakkında her şey" serialında baş rolu canlandıran aktrisa Gökçe Bahadır müsahibəsi zamanı şəxsi həyatından bəhs edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 25-də musiqiçi sevgilisi Emir Ersoyla nikah masasına əyləşməyə hazırlaşan aktrisa evlilik təklifi aldığı andan danışıb:

"Küçədə yeriyəndə birdən dayandı, "mənimlə evlənərsən" dedi. Birinci qəbul etmədim, naz elədim. Amma təklif istədiyim kimi oldu. Buna görə xoşbəxtəm".

Qeyd edək ki, aktrisa Ali Sunaldan 2012-ci ildə boşanıb.