Madonnanın məşhurluğu böyük qızını bezdirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənninin gündəmdə olması 17 yaşlı Lurdes Leona normal istirahət etməyinə maneə olur.
Belə ki, getdiyi məkanlarda paparatsilərin hədəfinə tuş gələn Lurdes bu dəfə fotokameralardan uzaq durmaq üçün atası ilə əylənməyə qərar verib. Amma nəticə heç də onun istədiyi kimi olmayıb. Yenidən jurnalistlərin diqqət mərkəzində olan Leonun kökəldiyi də diqqətdən qaçmayıb.