"Yasak elma"da bu dəfə Muharrem Sarıkaya hədəf alındı - Fotolar

"Yasak elma"da bu dəfə Muharrem Sarıkaya hədəf alındı - Fotolar
921 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin ən reytinqli seriallarından olan "Yasak Elma"nın sonuncu bölümü gündəm olub.

Axşam.az xəbər verir ki, söhbət ekran işində "Ender" obrazını canlandıran aktrisanın qonaq olduğu telekanalda müsahibədən öncə yaxa mikrafonunu düzəldən işçiyə göstərdiyi münasibətdən gedir. "Ender"in bu hərəkəti ilə serialın Muharrem Sarıkayanı hədəf aldığı bildirilib.  

Xatırladaq ki, jurnalist M.Sarıkaya canlı yayımda mikrafon bağlantısı qurmaq üçün kamera qarşısına keçən müxbir Ahmet Demirə şillə vurmuşdu. Hadisə geniş müzakirələrə və narazılıqlara səbəb olmuşdu. Muharrem daha sonra hərəkətinə görə üzr istəmişdi.

Qeyd edək ki, bu serialda yaşanan ilk belə hal deyil. Bundan öncə davamlı olaraq xəyanətlə üzləşən "Yıldız" obrazı eyni halla üzləşən şahzadə Diannanın "intiqam əlbisəsi"ni geyinib. Eyni zamanda, ekran işindəki obrazlardan "Kumru" Yıldız və Çağatayın boşanmasının ardından sosial media hesabında "Boşandılar" deyə, paylaşım edib. Bu isə illər əvvəl "TV8" telekanalının sahibi Acun Ilıcalının ikinci həyat yoldaşı Zeynep Yılmazdan boşanarkən Şeyma Subaşının etdiyi hərəkətə bənzədilib.