Türkiyəli aktyor Kubilay Aka ilə həmkarı Aslı Bekiroğlu ötən gün əl-ələ görüntülənib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük arasında eşq yaşandığı iddia olunub. Tərəflər bununla bağlı hələlik açıqlama verməyib.
Şayiələrin ardından 15 gündür aralarında problem yaşanan Aslının keçmiş sevgilisi Çağrı Telkıvıran sosial media hesabında onunla olan bütün fotolarını silib.
Qeyd edək ki, Kubilayla Aslı "Maske kimsin sen" şosunda yarışmacı qismində iştirak edib. İkilinin videosu isə proqramın münsiflərindən olan Doğu Demirkol tərəfindən ifşa edilib.