"Dostlar" serialının ulduzu Kortni Koks "Sunday Times Style"a maraqlı açıqlama verib.
Axşam.az xəbər verir ki, aktrisa botoksdan və dolğulardan asılı olduğunu bildirib. Kortninin sözlərinə görə, yaşla bağlı dəyişikliklərə qarşı o qədər mübarizə aparıb ki, xarici görünüşünün necə dəyişdiyinin fərqində olmayıb:
"İllərlə gəncliyimi saxlamağa çalışdım. Üzümün yaşla əlaqədar dəyişməyə başladığı deyildiyi ilk andan etibarən. Lakin həmin iynələrə görə qəribə göründüyümün fərqində deyildim. Bir vaxt gəldi və öz-özümə dedim: "Dayanmalıyam, bu, sadəcə dəlilikdir".
Hətta bütün prosedurlar fonunda plastik əməliyyata belə qərar verən aktrisa zamanla demək olar ki, tanınmaz hala gəlib, pərəstişkarlarının tənqidi ilə üzləşib və baş vurduğu rollardan rədd cavabları almağa başlayıb. Bütün bunların fərqinə varan Kortni vurğulayıb ki, o, iynələrdən çoxdan imtina edib və özünü yaxşı hiss edir:
"Özümü gənc hiss edirəm. Otuz yaşlarında olan çoxlu dostum var. Yaş fərqi məni narahat etmir. Nə qədər ki, bu barədə çox düşünmürəm, biz eyni yaşdayıq".
Fotoda: Kortni Koks 2015-ci il

Fotoda: Kortni Koks 2022-ci il, yeni fotosessiyası