Zamiq niyə görünmür? - açıqlama

Zamiq niyə görünmür? -  açıqlama
2398 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zamiq Hüseynovun son vaxtlar mediada görünməməyi diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, sənətçi bunun səbəbini “Şou+” verilişinə açıqlayıb və özünü efirdə tez-tez görməkdən bezdiyini deyib:

“Yeni klipimə təqdimat keçirmədim. Səs-küy yaratmaq istəmirəm. Təqdimat keçirmək sənətə yeni gələn müğənnilərə lazımdır. Mən də təzə vaxtlarımda kliplərimi belə səs-küylü məclislərdə təqdim edirdim. Hazırda buna ehtiyac görmürəm. Daha böyük layihələr hazırlayıb, onları ictimaiyyətə tanıtmağa üstünlük verirəm. Şou əhlinin olduğu məkanlara az-az gedirəm. Yalnız yaxın dostlarımın dəvətini qəbul edirəm, oradan da tez çıxıram. Elə yerlərdə çox görünmək söz-söhbət yaradır. Yaxşı mənada dəyişmişəm. Bir ara hansı efirə baxırdım, özümü görürdüm, bezmişdim. Ona görə də geri çəkilmək qərarına gəldim".