Bir zamanlar rol aldığı seriallarla məşhurlaşan, lakin daha sonra keçirdiyi psixoloji problemlər səbəbindən ekrandan uzaqlaşan aktyor Arda Kuralla həmkarı Yıldız Asyalı 24 il sonra bir araya gəlib.
Axşam.az xəbər verir ki, aktyor ötən gecə Yıldızın səhnə aldığı məkana gedərək onun çıxışını izləyib. Həmin anın görüntüləri qısa müddətdə sosial mediada yayılıb və izləyicilərin marağına səbəb olub. Görüntülərdə “Kimler geldi, kimler geçti” musiqi sədaları altında Ardanın duyğulandığı diqqətdən yayınmayıb.
İkilinin ünvanına "24 il. Dildə demək asandır, amma ürəyə söz keçirmək olmur", "Eşq belə bir şeydi?" kimi şərhlərlə yanaşı, reklam olduğunu deyənlər də az olmayıb.
Xatırladaq ki, bir müddət əvvəl hər iki sənətçi yeniyetmə yaşlarında olarkən bir-birilərinə aşiq olduqlarını, lakin ayrılmaq məcburiyyətində qaldıqlarını etiraf ediblər.
Qeyd edək ki, Arda və Yıldız "Eyvah babam" adlı ekran işində tərəf müqabili olublar.