Türkiyəli müğənni Hadisə hamilə olması ilə bağlı yayılan xəbərlərə cavab verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bu barədə "2sayfa" proqramına ismarış yollayıb:
"Hamilə deyiləm. Hələ möhtəşəm gəlinliyimi geyinəcəyəm. Sonrası isə Allahın izniylə inşallah".
Qeyd edək ki, Hadisə iş adamı Mehmet Dinçerlerlə nişanlıdır.