Zarina və prodüseri mükafat alıb - fotolar

Zarina və prodüseri mükafat alıb - fotolar
3013 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zarina Məmmədova növbəti mükafatını alıb.

Axşam.az-ın məlumatına görə, ifaçı Azərbaycan Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutan Gənclərin Dostu Milli Mükafatlandırma mərasimində “Gənclərin sevimli gənc xanım müğənnisi” mükafatına layiq görülüb. 

Mərasimdə Zarinanın prodüseri Təranə Səmədova da mükafatsız qalmayıb. O, “Gənclərin sevimli prodüseri” adına layiq görülüb.

Onu da qeyd edək ki, təltifetmə mərasimində millət vəkilləri Fəttah Heydərov, Qənirə Paşayeva, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, xalq artisti Ağadadaş Ağayev, əməkdar artist Azərin, əməkdar jurnalist Vüqar Qaradağlı, müğənnilər Sevil və Sevinc bacıları, aparıcı Samir Bayramlı və digərləri müxtəlif mükafatlarla təltif olunublar.