Bu gün türkiyəli aktrisa Gökçe Bahadır musiqiçi Emir Ersoyla nikah masasına əyləşib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün Alaçatıda baş tutan toy məclisində yaxınları və ailəsi iştirak edib.
Tədbirdə diqqətçəkən məqam isə aktrisanın gəlinliyi olub. O, ağ gəlinliyini qara əlcəklər və qara kəmərlə tamamlayıb. Gecəyə qonaqlar da xüsusi dress-kodda, qara geyimdə gəliblər.
Qeyd edək ki, sevgililərin elçilik mərasimi və nişanı isə dünən səhər saatlarında baş tutub.