Azərbaycan marşı türk serialında - Video

Azərbaycan marşı türk serialında - Video
3657 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin "ATV" telekanalında yayımlanan "Yalnız kurt" serialının 5-ci bölümündə “Qafqaz İslam Ordusu” marşı səsləndirilib. 

Axşam.az xəbər verir ki, Şəmistan Əlizamanlının ifasında təqdim olunan marşın sözləri Nəriman Həsənzadəyə, bəstəsi isə Əli Behbudzadəyə məxsusdur.

Marş Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın (və ya Nuri Killigilin) fabrikində baş verən partlayışdan sonra cərayan edən hadisələrin fonunda ekrana gətirilib. Türkiyənin yaxın tarixini işıqlandıran serial son illərdə baş verən çevrilişləri, xəyanətləri, qətlləri, anarxiya və terroru əhatə edir.

Qeyd edək ki, ekran işində aktyorlar Cihan Ünal, Hasan Denizyaran, Damla Çolbay, Murat Han, Polat Bilgin,  Hilmi Özçelik, Yaprak Medine, Gökhan Oktay Göztepe, Almina Günaydın və başqaları rol alır.