Müğənni Nadir Qafarzadə “əjdaha” titulundan imtina edib.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Şou+” verilişinə müsahibəsində deyib. O, artıq sənətdə birinci olmaq istəmədiyini bildirib:
“Sənətdə birinci olanda insanın başı ağrıyır. Hamı onun haqqında dedi-qodular yayır. Daha birinci olmaq istəmirəm, ikinci, üçüncü olmaq mənə bəs edir. Hamı mənə “əjdaha” deyir. Artıq bu titulu da istəmirəm. İstəyirəm, mənə bu adla müraciət etməsinlər, ancaq bir işə yaramır, yenə deyirlər. Özümü nadir kimi hiss edirəm. Mən şou-biznesin nadir Nadiriyəm. Bunu qəbul etsinlər. Ünvanıma da söz atmasınlar, çünki cavab verən deyiləm. İşlərimlə məşğulam”.