Rusiyanın xalq artisti vəfat etdi

Rusiyanın xalq artisti vəfat etdi
375 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın xalq artisti Boris Mixayloviç Sokolov vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə V.F.Komissarjevskaya adına Akademik Dram Teatrının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aktyor 77 yaşında Sankt-Peterburqda dünyasını dəyişib.

Qeyd edək ki, Boris karyerası ərzində film və televiziya şoularında 60-a yaxın rol canlandırıb. O, "Məzzətli xoşbəxtlik ulduzu", "İtin ürəyi" filmlərində, "Brejnev", "Ağ qvardiya", "Küçələr" seriallarında müxtəlif obrazlara həyat verib.