Türkiyəli aktrisa Demet Özdemir ötən gün 30 yaşını qeyd edib.
Axşam.az xəbər verir ki, aktrisa ad günü şənliyində geyindiyi libasla diqqət çəkib. Məlum olub ki, Demetin geyimi 46 min 600 lirə, ayaqqası isə 5 600 lirədir. Aktrisanın sırğaları 19 min 700 lirə, qolbaqları isə 42 min 300 lirədir. O, ümumilikdə kombininə 113 min 200 lirə (təxminən 16 min 342 manat) xərcləyib.
Aktrisa gecədən olan fotoları sosial media hesabında paylaşıb. Sevgilisi müğənni Oğuzhan Koçun da Demeti özəl günündə tək qoymadığı diqqət çəkib.
Lakin Demetin kombini izləyicilər tərəfindən bəyənilməyib. Onun ünvanına "Heç yaraşmayıb", "Pul var, zövq yox", "Paltar günəş önü alan pərdəyə bənzəyir", "Elə bil hədiyyə paketidir" kimi şərhlər yazılıb.