"YouTube" Ukraynada Rusiyanın bəzi kanallarını blokladı

"YouTube" Ukraynada Rusiyanın bəzi kanallarını blokladı
459 dəfə oxunub
  • A-
  • A
  • A+

"YouTube" videohostinqi Ukraynada Rusiyanın təbliğat kanallarının yayımını bloklayıb.

Axşam.az xəbər verir ki, bu barədə Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda "Birinci kanal", "Rusiya 24", "Rusiya 1", "TASS", "RİA Novosti", "RBK", "Zvezda" və bir neçə digər telekanalların yayımı dayandırılıb.