Ukraynalı rəssamın 25-ə yaxın əsəri yanıb

Ukraynalı rəssamın 25-ə yaxın əsəri yanıb
230 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkənin bir çox incəsənət nümunələri də ziyan görüb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin İvankov tarixi muzeyində saxlanılan ukraynalı rəssam Mariya Primaçenkoya məxsus 25-ə yaxın əsər yanıb. Əsərlərin hazırkı vəziyyəti barədə açıqlama verilməyib.

Eyni zamanda, Virciniya Təbiət Tarixi Muzeyinin Mədəni İrsin Monitorinqi Laboratoriyasının baş analitiki Damian Koropeckyj peyk çəkilişləri vasitəsilə muzeyin məhv edildiyini təsdiqlədiyini söyləyib. Hazırda Ukraynada risk altında olan mədəni irs obyektlərinin monitorinqi aparılır.