Amerikanın "The Walt Disney Company" şirkəti Rusiyada filmlərinin nümayişini dayandırır.
Axşam.az xəbər verir ki, bu barədə "CNBC" telekanalı məlumat yayıb.
Yayım şirkətinin bəyanatında deyilir:
“Ukraynanın əsassız işğalını və dəhşətli humanitar böhranı nəzərə alaraq, biz Rusiya kinoteatrlarında film nümayişlərini, o cümlədən "Pixar" studiyasının qarşıdan gələn "Turning Red" cizgi filminin premyerasını dayandırırıq”.
“The Walt Disney Company”nin nümayəndələri vurğulayıblar ki, gələcək qərarlar şirkət rəhbərliyi tərəfindən vəziyyətin necə inkişaf edəcəyinə əsaslanaraq veriləcək.
Amerika studiyası "Warner Bros" da eyni bəyanatla çıxış edib. Bildirlib ki, Ukraynadakı humanitar böhranı nəzərə alaraq martın 2-də Rusiyada keçirilməsi planlaşdırılan “Batman” filminin premyerası təxirə salınıb.