Loboda ağlaya-ağlaya yardım istədi: "Ailəm zirzəmidə qalıb"

Loboda ağlaya-ağlaya yardım istədi: "Ailəm zirzəmidə qalıb"
1136 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın Əməkdar artist Svetlana Loboda ağlaya-ağlaya video çəkərək ölkəsindəki müharibəyə görə yardım istəyib.

Axşam.az xəbər verir ki, sənətçi yaxınlarının Ukraynada zirzəmilərdə gizləndiyini deyib:

"Mən son 4 ildir Rusiyada yaşayan və çalışan ukraynalı müğənniyəm. Hazırda Avropada yaşayıram. Hazırda mənimlə, valideynlərimlə, yaxınlarımla baş verənlər dəhşətdir. İnsanları öldürürlər. Onlar zirzəmilərdə, qarajlarda gizlənmək məcburiyyətindədirlər, yeməyə heç nələri yoxdur. Balaca uşaqlar var. Mənim Kiyevdə atam, bacım, qardaşlarım, xalalarım, babam, qohumlarım var. Onları oradan çıxara bilmirik. Xahiş edirəm, bu dəhşəti dayandırın. Hamımız kiçik insanlarıq, nəsə edə bilmərik. Amma bu cəhənnəmi bitirməyə gücü çatan böyük insanlar var.

Ukrayna hər saniyə insan itirir. Biz hamımız sülh istəyirik. Yalvavarıram bunları dayandırın".