"Bütün dostlarımız sığınacaqlardadır" - Ukraynalı müğənni

"Bütün dostlarımız sığınacaqlardadır" - Ukraynalı müğənni
868 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynalı müğənni, dizayner, videobloqer Nadya Dorofeyeva instagram hesabında Ukraynadakı hərbi əməliyyatlarla bağlı video paylaşım edərək göz yaşlarına hakim ola bilməyib.

Axşam.az xəbər verir ki, o, hisslərini başqa cür ifadə edə bilmədiyi üçün emosiyalarına görə onu bağışlamağı xahiş edib. Nadya vurğulayıb ki, biz hamımız insanıq və həyatdan qiymətli heç nə yoxdur. Bunun üçün isə hansı ölkədən olmağın heç bir əhəmiyyət kəsb etmir:

“Heç vaxt siyasətlə bağlı olmamışam, onun barəsində heç bir fikrim yoxdur. İndi isə bu haqda danışmamaq cinayətdir. Bütün dostlarımız sığınacaqlardadır və çox qorxurlar. Belarus analarına və rus analarına yalvarıram ki, oğullarını Ukraynada bizimlə döyüşməyə yollamasınlar. Xahiş edirəm, bunu dayandırın...”.