Ötən gün türk müğənnisi Alişan ralli sürücüsü və aparıcı Burcu Çetinkaya ilə birlikdə restorandan çıxarkən paparassilərə yaxalanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alişan ralliçi xanımla reportaj hazırlamaq məqsədilə görüşdüyünü bildirib.
"Burcu hicab bağlayandan sonra ilk dəfə mənim proqramıma gəlmişdi, mən də ona reportaj söz vermişdim" deyən müğənni barələrində yayılmış dedi-qodularla bağlı açıqlama verib və onların yalan olduğunu söyləyib:
"Biz tez-tez görüşmürük. Onu sonuncu dəfə verilişə gələndə görmüşəm. Üstəlik sevgili olsaydıq, bunu gizlətməzdim".