Fevralda hava az yağıntılı olub

Fevralda hava az yağıntılı olub
918 dəfə oxunub
  • A-
  • A
  • A+

Respublikanın əksər bölgələrində fevral ayının üçüncü ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 4°C yüksək olması və az yağıntılı hava şəraiti ilə səciyyələnib.

Axşam.az-ın məlumatına görə, bu barədə fevral ayının 3-cü dekadası üzrə aqrometeoroloji bülletendə qeyd olunub.

Havanın dekadalıq orta temperaturu Maştağada 8,8ºC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 8-10⁰C, Lənkəran-Astara bölgəsində 9-10ºC, Quba-Xaçmazda 6-7ºC, Şəki-Zaqatalada 7-9⁰C, Dağlıq Şirvan bölgəsində 1-6ºC, Gəncə-Daşkəsəndə 4-9ºC, Qazax-Tovuzda 5-8⁰C, Qarabağ bölgəsində 9ºC, Naxçıvanda 7,8ºC təşkil edib.

Havanın minimum temperaturu Astara və Acınohurda 5ºC, Maştağa, Cəfərxan, Gəncədə 3ºC, Bərdə, Lənkəran, Zaqatala, Qəbələ, Tovuz, Ceyrançöl, Göyçayda 2ºC Şəki, Zərdab , Şamaxıda 1ºC, Mərəzə, Naxçıvan, Daşkəsən və Gədəbəydə -1⁰C, Quba və İsmayıllıda -2ºC qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Ceyrançöl və Göyçayda 1ºC, Maştağada 0ºC, Cəfərxanda -0,2ºC, Tovuzda -1⁰C, Zaqatala, Gəncə və Mərəzədə -2ºC, Naxçıvan və Şəkidə -4ºC qeydə alınıb.

Yağıntının dekadalıq miqdarı Quba-Xaçmazda 7-11 mm, Lənkəran-Astara, Mərkəzi Aran bölgələrində 2-3 mm, Balakəndə 3 mm qeydə alınıb.

Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 78-82%, Gəncə-Daşkəsəndə 69-91%, Qazax-Tovuz bölgəsində 52-72%, Qarabağda 75-79%, Naxçıvanda 64%, Maştağa və Sabirabadda 81%, Lənkəran-Astara bölgəsində 66-86%, Mil-Muğanda 75-82%, Şəki-Zaqatalada 68-77%, Quba-Xaçmaz bölgəsində 76-84%, Mərkəzi Aranda 79-80% təşkil edib.

Rütubət çatışmazlığı Dağlıq Şirvan, Zərdab, Maştağa və Beyləqanda 2 hPa, Lənkəran-Astara bölgəsində 2-3 hPa, Gəncə-Daşkəsən bölgəsində 1-4 hPa, Qarabağda 3 hPa, Quba-Xaçmazda 2-3 hPa, Şəki-Zaqatala bölgəsində 3-4 hPa, Naxçıvan HMS-da 5 hPa, Qazax-Tovuz bölgəsində 3-6 hPa olub.

Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 1 gün Mərəzədə küləyin maksimum sürəti 22 m/san, Maştağada 19 m/san, Tovuzda 18 m/san, Yardımlıda 16 m/san, Ceyrançöl və Qubada 15 m/san, 2 gün Tərtərdə 16 m/san, 3 gün Goranboyda 20 m/san qeydə alınıb