Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 203 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 59 885 nəfər COVID-19 infeksiyasına yoluxub, 71 545 nəfər isə sağalıb.