Moskvada Ukraynadakı müharibəyə etiraz edən uşaqlar saxlanıldı - Fotolar

Moskvada Ukraynadakı müharibəyə etiraz edən uşaqlar saxlanıldı - Fotolar
1337 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvada əllərinə “Müharibəyə yox” yazısı ilə Ukraynadakı hərbi əməliyyatlara etiraz edən 7-11 yaş arası uşaqlar saxlanılıb.

Axşam.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb. Bildirilib ki, uşaqlar martın 1-də Ukrayna səfirliyinin yaxınlığında saxlanılıb.

Onlar valideynləri ilə bərabər gecəni polis bölməsində keçiriblər.

Şahidlərin sözlərinə görə, uşaqların anaları valideynlik hüquqlarından məhrum edilməklə hədələniblər.