Türkiyəli aktrisa Uğur Yücel yeni layihədə rol alacaq.
Axşam.az xəbər verir ki, aktyor "Hakim" adlı serialda obrazlardan birinə həyat verəcək. Onun hansı rolu ifa edəcəyi açıqlanmayıb.
Xatırladaq ki, ekran işinin baş rollarını aktyorlar Erdal Beşikçioğlu və Ebru Özkan Saban canlandıracaq.
Qeyd edək ki, Uğur sonuncu dəfə "Masumiyyet" və "Kırmızı oda" seriallarında rol alıb.