Türkiyədə tibbi maska taxmaq qərarı ləğv olundu

Türkiyədə tibbi maska taxmaq qərarı ləğv olundu
2486 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olunub.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib:

"Artıq açıq yerlərdə maska ​​taxmaq lazım deyil. Dövlət və digər qurumların girişində "HES kodu" (sağlamlıq kodu) tətbiqi yığışdırılıb. Kifayət qədər havalandırılan qapalı ərazilərdə maska taxmaq qaydası olmayacaq. Xəstəlik əlaməti olmayan şəxslərdən isə test tələb olunmayacaq."