Rusiyada “Youtube”un işində problem yarandı

Rusiyada “Youtube”un işində problem yarandı
591 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada “YouTube” onlayn videohostinqinin işində problemlər yaranıb.

Axşam.az xəbər verir ki, bu barədə populyar internet resurslarının işini təqib edən “Downdetector” xidməti məlumat yayıb.

Nasazlıq bu gün günorta saatlarından başlayıb. İstifadəçilər sayt və tətbiqi açmağın mümkünsüzlüyündən, eləcə də videonun yayımı ilə bağlı problemlərdən şikayət ediblər.

Qeyd edək ki, "YouTube" videohostinqi Ukraynada Rusiyanın bir neçə təbliğat kanallarının yayımını bloklayıb.