Daha bir festival Rusiya ilə bağlı mövqeyini ortaya qoydu

Daha bir festival Rusiya ilə bağlı mövqeyini ortaya qoydu
308 dəfə oxunub
  • A-
  • A
  • A+

79-cu dəfə keçirilməsi planlaşdırılan Venesiya Film Festivalının təşkilatçıları Rusiya nümayəndə heyətinin tədbirdə iştirakını qadağan edib.

Axşam.az xəbər verir ki, təşkilatçıların yayımladı bəyanatda nümayəndə heyətini qəbul etməkdən imtina edilsə də, müstəqil rus kinorejissorlarının festivala daxil olmasına icazə verəcəyi bildirilib.

Həmçinin bəyanatda Ukrayna xalqına və onun sənətçilərinə tam dəstəklədiklərini, Rusiyanın isə hərbi təcavüzünü pislədiklərini vurğulayıblar. 

Qeyd edək ki, ötən gün Kann Film Festivalı da eyni bəyanatla çıxış edərək, Rusiyanın rəsmi nümayəndə heyətini qəbul etməkdən imtina ediblər.