Ukrayna ilə bağlı paylaşımı Qalkinə baha başa gəldi

Ukrayna ilə bağlı paylaşımı Qalkinə baha başa gəldi
6400 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya telekanalları tanınmış rusiyalı yumorist və şoumen Maksim Qalkinin iştirakı ilə çəkilmiş “Uralsib” bankının reklamını efirdən yığışdırıb.

Axşam.az xəbər verir ki, bu barədə "RBK" banka yaxın mənbələrə istinadən məlumat yayıb. Buna səbəb Qalkinin Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı açıqlamaları olub.

Xatırladaq ki, şoumen fevralın 24-də instaqram hesabında Rusiyanın Ukraynaya hücumunu belə şərh etmişdi:

“Səhər tezdən Ukraynadan olan qohumlarım və dostlarımla əlaqə saxlayıram. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu necə mümkündür? Müharibəyə heç bir bəraət qazandırmaq olmaz. Müharibəyə yox!".

Məsələ ilə bağlı nə Qalkin, nə də bank hər hansı açıqlama verib.

Qeyd edək ki, sözügedən reklam ötən ilin avqustundan yayımlanır. Reklam təkcə televiziyada deyil, internetdə də yayımlanırdı.