Hollivud aktrisası Nikol Kidman bir də botoks etdirməyəcəyi ilə bağlı verdiyi sözü pozub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mayın 13-də Monako şahzadəsi Qreys Kellidən bəsh edən təzə filminin premyerasında iştirak etmək üçün Kanna gələn aktrisanın üzündəki şişkinlik diqqətlərdən yayınmayıb. Bu hal Nikol gülümsəyərkən xüsusilə nəzərə çarpıb.
Qeyd edək ki, əvvəllər də dəfələrlə botoksa müraciət edən N.Kidman 2013-cü ildə "La Repubblica" adlı italyan qəzetinə verdiyi müsahibədə iynədən sonra üz əzələlərində yaranan hərəkətsizliyi xoşlamadığını, ona görə də bir də bu üsuldan istifadə etməyəcəyini demişdi.
Ancaq deyəsən, yaşlanmaq qorxusu gözəl aktrisaya üstün gəlib və o, vədinə əməl etməyib.