“Exo Moskvı”nın Direktorlar Şurası radiostansiyanı və saytı ləğv etmək qərarı alıb.
Axşam.az xəbər verir ki, bu barədə nəşrin baş redaktoru Aleksey Venediktov məlumat yayıb.
Rusiya Federal Elm Texnologiyaları və Kütləvi İnformasiyaların Monitorinqi Qurumu (Roskomnadzor) artıq "Google"dan platformanın tətbiqini "Google Play" mağazasından silməyi tələb edib.
Xatırladaq ki, daha əvvəl Baş Prokurorluq resursun Rusiyada bloklanması tələbi ilə çıxış edib. Buna səbəb isə radionun “Rusiya hərbçilərinin Ukraynada keçirdiyi xüsusi əməliyyatlarla bağlı bilərəkdən yalan məlumatlar yayması” olub.
Bundan sonra radiokanalın və saytın ləğv edilməsi qərara alınıb.
Qeyd edək ki, “Exo Moskvı” ilk dəfə 22 avqust 1990-cı ildə Moskvada efirə çıxan 24 saatlıq radiostansiyadır.