"Mandıra Filozofu", "Çocuklar duymasın" filmləri ilə tanınan türkiyəli aktyor Müfit Can Saçıntı şəxsi həyatı ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, aktyor 22 ildir ailəli olduğu həyat yoldaşı Çiğdem Saçıntıdan boşanıb. Mövzu ilə bağlı açıqlama verən Müfit qarşılıqlı razılaşma ilə ayrıldıqlarını bildirib. Məlum olub ki, cütlük bu qərara hələ 5 il əvvəl gəlsələr də yalnız indi gerçəkləşdirə biliblər. Buna səbəb isə övladları Durunun böyüməsini gözləmək olub.
Qeyd edək ki, ikili 2000-ci ildə evlənib. 2005-ci ildə isə bir qızları olub.