Rusiyada məşhurların instaqram səhifəsi bağlanır - Foto

Rusiyada məşhurların instaqram səhifəsi bağlanır - Foto
1621 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimləri ilə bağlı sanksiyalar tətbiq olunur.

Axşam.az xəbər verir ki, bu qadağaların hədəflərindən biri də Rusiyanın "Eurovision" təmsilçilərindən olan Sergey Lazarev olub. Hazırda onun instaqram hesabı bağlanıb. Axtarışlarda müğənninin səhifəsi tapılmır. Guman olunur ki, bu, sözügedən sanksiyalar səbəbindən baş verib.

Qeyd edək ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukraynada xüsusi əməliyyatı dəstəkləməyən və eyni zamanda büdcə pulu alan mədəniyyət xadimlərinin istefaya göndərilməsini təklif edib.