Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 188 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 49 424 nəfər COVID-19 infeksiyasına yoluxub, 68 873 nəfər isə sağalıb.