Rusiyanın Ukraynaya hücümu iki ölkənin məşhurları arasında münasibətlərin gərginləşməsinə səbəb olub.
Axşam.az xəbər verir ki, ukraynalı müğənni Maks Barskinin Rusiyanın ölkəsinə hücumunu şərh edən paylaşımına reper Timati sərt reaksiya verib.
"Şərqi Avropadan olan insanlar üçün dünyanın hər yerində konsertlər vermişəm, verirəm və verəcəyəm. Sizə kim deyib ki, Rusiya məni oradan çıxarıb? Sən şanslısan ki, oraya getmişəm. Allaha şükürlər olsun ki, şəhərlərinizi ziyarət etməkdən vaxtım azad oldu. Bundan da başqa, sizin konsertlərə getməyə pulunuz olmayacaq. Bəli, Ukraynaya nifrətlə doymuş axmaq insanlara mahnı oxumaq istəmirəm! Belə çıxır ki, sizdə hər gün əsgərləriniz tərəfindən öldürülən insanlara heç olmasa rəğbət bəsləyəcək insani heç nə yoxdur! Fəxr etmək! Boş-boş oturun və qohumlarınızın lənətə gəlmiş prezidentiniz tərəfindən öldürülməsi üçün Ukraynaya göndərməsini gözləyin" deyə, Maks paylaşımında qeyd edib.
Timati isə onun bu paylaşımına videomüraciətlə cavab verib:
"Maks Barskin, sən heç nəyi qarışdırmırsan? Bu illər ərzində kimin qaşığından yeyirsən? Rusiyada kimin korporativ məclislərində çıxış etmisən? Unutdun? Mən xatırlayıram. Gec, ya da tez bütün bunlar bitəcək və biz mütləq görüşəcəyik. Axı, Yer kürəsi yuvarlaqdır. Görüşəndə kimin kim olduğunu sənə göstərəcəyəm”.