Yeni evlənmiş müğənni Elvin Abdullayev avtomobilini təzələyib.
Axşam.az-ın məlumatına görə, sənətçi “Dodge Durango” markalı maşın üçün 50 min manat ödəyib. Maşınını dəyişməyi çoxdan arzuladığını deyən Elvin təəssüratlarını bizimlə bölüşüb:
“Maşınım köhnəlmişdi. Çoxdandır, dəyişmək istəyirdim. Əslində ağlımda başqa bir avtomobil var idi. Amma alanda fikrimi dəyişdim, bunu götürdüm. Peşman da deyiləm”.