14 il sonra yenidən tərəf müqabili olacaqlar

14 il sonra yenidən tərəf müqabili olacaqlar
7110 dəfə oxunub
  • A-
  • A
  • A+

Sonuncu dəfə 14 il əvvəl “Aşk-ı Memnu” serialında tərəf müqabili olan aktyorlar Kıvanç Tatlıtuğ və Beren Saat yenidən eyni layihədə yer alacaq. 

Axşam.az xəbər verir ki, ikilinin rol alacağı filmin adı hələlik açıqlanmayıb. Layihə "OGM Pictures" tərəfindən ekranlaşdırılacaq. Şirkət artıq Kıvanç və Berenlə müqavilə bağlayıb.

"Netflix"də yayımlanacaq filmin ssenarisi Nuran Evren Şit tərəfindən yazılacaq. Çəkilişlər Nyu-Yorkda baş tutacaq.

Məşhur aktyorların ekran işində hansı obrazı canlandıracaqları da hələlik bəlli deyil.