Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 180 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 38 283 nəfər COVID-19 infeksiyasına yoluxub, 63 311 nəfər isə sağalıb.