Rusiyada "Facebook" sosial şəbəkəsinə giriş bloklanıb.
Axşam.az xəbər verir ki, bu barədə "Roskomnadzor"un mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2020-ci ilin oktyabr ayından Rusiyada mediaya qarşı 26 ayrı-seçkilik faktı qeydə alınıb.
Son günlər bəzi media orqanlarının sosial şəbəkə hesablarına girişi məhdudlaşdırılıb. Bunların arasında "Zvezda" telekanalı, "RİA Novosti" xəbər agentliyi, "Sputnik", "Russia Today", "Lenta.ru" və "Gazeta.ru" informasiya resursları var.