“Tesla” və SpaceX"in yaradıcısı, dünyanın ən varlı insanlarından olan İlon Mask qlobal peyk internet sistemi “StarLink”i Rusiyanın xəbər mənbələri üçün bloklamadığını açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə İlon öz tviter hesabında yazıb. O, bildirib ki, sözügedən məsələ ilə bağlı müraicitələrə imtina cavabı verib:
"Bəzi ölkələr (Ukrayna deyil) “StarLink”də Rusiyanın xəbər mənbələrini bloklamağı xahiş edib. Silah gücü olmadan bunu etməyəcəyik. Mütləq söz azadlığının tərəfdarı olduğum üçün üzr istəyirəm".
Bundan başqa İ.Mask başqa bir paylaşımında Ukraynaya dəstək olduğunu bu sözlərlə ifadə edib:
“Möhkəm dayan, Ukrayna”.

