Amerikalı aktyor vəfat etdi

Amerikalı aktyor vəfat etdi
521 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor Conni Braun 84 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə "TMZ" nəşri aktyorun qızına istinadən məlumat yayıb. Onun sözlərinə görə, sənətçinin ölümünə səbəb ürəktutması olub. O, həmçinin vurğulayıb ki, atasının səhhəti ilə bağlı heç bir ciddi şikayəti olmadığına görə ölümü onlar üçün gözləniləməz olub.

Qeyd edək ki, C.Braun “Yaxşı zamanlar”, “Hər kəs Kris, Kenan və Keldən nifrət edir” seriallarında, “Ömür boyu” və “Yeni gələnlər” filmlərində rol alıb.