Rusiyanın Ukraynaya hücumu nəticəsində məşhur ukraynalı aktyor Paşa Li dünyasını dəyişib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, hadisə rus ordusunun İrpin şəhərini atəşə tutması nəticəsində baş verib.
Paşa müharibədə iştirak etmək üçün könüllülər sırasına qoşulub. Güllə yarası alan aktyor vəfat edib.
Qeyd edək ki, Paşa Li "Adit", "Unudulmuş əcdadların kölgələri", "Sinif yoldaşlarının görüşü" və digər filmlərdəki rolları ilə tanınırdı.